İran

SEPAH komandiri Sistan və Bəluçistan əyalətinə vali təyin edilib

İran İnqilab keşikçiləri Korpusunun quru qoşunlarının komandirlərindən olan Məhəmməd Kərəmi İranın sünni məzhəbli bəluçlar yaşayan Sistan və Bəluçistan əyalətinin valisi təyin edilib.

İkinci briqada generalı olan Kərəmi, 2019-cu ildə SEPAH-ın quru qoşunlarının Qüds qərargahının komandiri vəzifəsində çalışıb.

Qeyd edək ki, İbrahim Rəisi prezident seçildikdən sonra İranda SEPAH komandirlərinin vəzifələrə təyinatı artıb. Məhəmməd Kərəminin Sistan və Bəluçistana vali təyin edilməsi gərginliyin hökm sürdüyü, etiraz aksiyalarında 130-a yaxın etirazçının öldürüldüyü  əyalətdə bir növ hərbi rejimin elam edilməsi kimi dəyərləndirilir.

Related Articles

Bir cavab yazın

Back to top button