![](https://www.aznews.tv/wp-content/uploads/2023/11/fd26baee-8a9d-4ea6-a684-326174d9732d-780x470.jpg)
Son günlər İordan çayının qərb sahilində israillilərə qarşı terror hücumları cəhdləri və fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşmalar nəzərəçarpacaq dərəcədə artıb. Oktyabrın 7-dən noyabrın 18-dək İordan çayının qərb sahilində həbs edilən fələstinli yaraqlıların sayı 1800 nəfər təşkil edib. Noyabrın 18-də HƏMAS-nin yüksək səlahiyyətli nümayəndəsi Əbu Ubaida Qərb Sahilinin sakinlərini “fəaliyyətlərini aktivləşdirməyə” çağırıb.