İran

Sepah tərəfindən tutulan müəllim universitetdən qovulub

İranda siyasi düşüncələrinə görə müəllimlərin universitetlərdən qovulması yenidən şiddətlənib.

İranda siyasi düşüncələrinə görə müəllimlərin universitetlərdən qovulması yenidən şiddətlənib.

“Aznews tv” xəbər verir ki, bu dəfə Xuzistan vilayətinin Əndişmek bölgəsinin İslami Azad Universitetinin müəllimi Arzu Rəhimxani həm tədris işlərindən, həm də universitetdən uzaqlaşdırılıb.
Xanım Rəhimxani həyat yoldaşı ilə birlikdə 2021-ci ilin iyun ayının 29-da Sepahın Xuzistan bölməsi tərəfindən həbs edilib. Bir müddət dindirildikdən sonra onlar iyulun 27-də müvəqqəti olaraq azadlığa buraxılıblar.

Arzu Rəhimxaniyə qarşı hansı ittihamın irəli sürülməsi açıqlanmır. Yay aylarından bəri Azad İslam Universiteti müəllimin əməkhaqqını kəsib və bu addımın səbəbinin “məxfi” olduğunu bildirib. Ötən gün isə bəzi xəbər ajanslarında “Şəhid Beheşti” Universitetinin sosioloqu və professor köməkçisi Məhəmməd Fazili, eləcə də “Şərif” Texnologiya Universitetinin fəlsəfə müəllimi Arəş Əbazərinin işdən çıxarıldığı barədə xəbərlər yayılıb.

Qeyd edək ki, İslam Cümhuriyyəti təsis ediləndən bu yana İranda yüzlərlə müəllim öz siyasi düşüncələrinə görə rejim tərəfindən tədris işlərindən daimi uzaqlaşdırılıblar.

Related Articles

Bir cavab yazın

Back to top button