Dünya

Seul Pxenyanı nüvə silahından istifadə ediləcəyi təqdirdə “rejimin sonu” ilə hədələyir

KXDR-in nüvə silahından istifadəsi "onun rejiminin sonuna" gətirib çıxaracaq.

“ANT”TASS-a istinadən xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Yun Sok Yol Sonnam aerodromunda Silahlı Qüvvələr Günü münasibətilə keçirilən təntənəli mərasimdə bildirib.

“Əgər Şimali Koreya nüvə silahından istifadə etməyə cəhd göstərsə, ordumuzun və Cənubi Koreya-ABŞ ittifaqının əzici və qətiyyətli cavabı ilə üzləşəcək. Həmin gün Şimali Koreya rejiminin sonu günü olacaq”, – Prezident deyib. Onun çıxışını KBS telekanalı yayımlayıb. Daha sonra Seulun mərkəzi küçəsində hərbi parad keçiriləcək.

“Şimali Koreya rejimi nüvə silahının onu qoruduğu illüziyasından xilas olmalıdır”, – Yun Sok Yol vurğulayıb. O qeyd edib ki, Vaşinqton Bəyannaməsinin qəbul edilməsi ilə Cənubi Koreya və ABŞ ittifaqı “nüvə silahına əsaslanan alyans” olub. Cənubi Koreya lideri həmçinin Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli əməkdaşlığı gücləndirəcəyini bildirib.

Yun Sok Yol qeyd edib ki, oktyabrın 1-dən rəsmi olaraq fəaliyyətə başlayacaq Cənubi Koreya Strateji Komandanlığı ölkəni KXDR-in “nüvə təhdidi və digər kütləvi qırğın silahlarından” qorumaq üçün əsas bölmə olacaq. Onun sərəncamında “Hyonmu” ballistik raketləri, F-35 qırıcıları və ballistik raketli sualtı qayıqlar kimi silah sistemləri olacaq. Gözlənilir ki, bu komandanlıq ABŞ Silahlı Qüvvələrinin Amerika nüvə arsenalına cavabdeh olan Strateji Komandanlığı ilə sıx əməkdaşlıq edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button