əmir Şeyx Nəvaf Türkiyə və Suriyada baş verən zəlzələ ilə əlaqədar belə qərar qəbul edib. O, Türkiyədə və Suriyada zəlzələdən zərərçəkənlərə dəstək vermək üçün təlimatlar verib. Məlumata görə, Küveyt Türkiyədə səhra xəstəxanaları qurur. Bundan əlavə, Türkiyə və Suriyaya xilasetmə qrupları göndərilib. Küveyt Türkiyə tərəfi ilə əlaqə saxlayaraq, təcili ehtiyacları qarşılamaq üçün yardım təklif edib.
Qeyd edək ki, Qəhrəmanmaraşda baş verən iki güclü zəlzələ nəticəsində minlərlə insan ölüb və yaralanıb. Suriyanın şimalında da minlərlə ölü və yaralı var.