İran

Siamək kuşinin cinayət işi məhkəməyə göndərilib

Siamək Kuşinin pərvəndəsi Təbriz İnqilab Məhkəməsinin 1 saylı şöbəsinə göndərilib. Bu barədə Təbrizin 16 saylı “Şəhid Beheşti” Bazporsi şöbəsi tərəfindən ona göndərilən elektron bildirişdə məlumat verilib.

Xatırladaq ki, Azərbaycanlı milli fəal Siamək Kuşi 5 oktobrda Təbrizin İttilaat İdarəsinə çağırılıb. O, bir neçə saat dindirilmədən sonra kəfil qarşılığında azad edilib.

Siamək Kuşi 28 azərbaycanlı fəalla birlikdə “ölkənin daxili əmniyyətinə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq”, habelə “ictimai nəzmi pozmaq” ittihamı ilə təqsirləndirilib.

 

Related Articles

Bir cavab yazın

Back to top button