
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, məhkumlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar.
Bu, Avropa Birliyinin İranda edam hökmlərinin sayının artmasından narahatlıq ifadə edən bəyanatının yayılmasından 1 gün sonraya təsadüf edir.
Qeyd edək ki, İran hökuməti 2024-cü ildə 1000-dən çox məhbusu edam edib və bu son 30 il ərzində həyata keçirilən ən yüksək edam sayıdır.
İnsan haqları təşkilatları son 1 ildə edam edilənlərin 930-nun kimliyi müəyyənləşdirə biliblər.