İran

Şirzada qaşqay türklərinin konserti yarımçıq dayandırılıb

Şirazda başlayan türkcə konsertin davam etdirilməsinə icazə verilməyib.

İranın Fars əyalətinin mərkəzi Şiraz şəhərində Həmid Əhmədi adlı qaşqay sənətçisinin türk dilində konsertinin davam etməsinə icazə verilməyib.

Konsert salonuna çox sayda insanın toplaşdığı və proqramın başlanmasını gözlədikləri bir vaxtda Həmid Əhmədi səhnəyə çıxaraq konsertin keçirilməsi icazəsinin ləğv oılunduğunu elan edib.

Qaşqay türklərinin media orqanı olan “baydaq news” məsələ ilıə bağlı yaydığı məlumatda konsertin ləğv edilməsini qaşqayılara qarşı ayrı-seçkilik siyasəti ilə əlaqələndirib.

Bununla yanaşı media orqanı İran hökumətinin ölkədə etiraz aksiyalarının genişlənməsindən qorxduğu üçün kütləvi toplaşmalara qadağa qoymaq istədiyini yazıb.

Konsertin ləğv olunmasından narazı qalan qaşqay türkləri Şiraz şəhərinin mərkəzində yerləşən Çəmran bulvarına toplaşıb, etiraz əlaməti olaraq halay çəkib, milli rəqslər icra ediblər.

Qeyd edək ki, bir neçə gün bundan öncə Şirazın “Narincistan” parkına qaşqay geyimində gedən gənc qızın keşikçilər tərəfindən oradan uzaqlaşdırıldığı barədə xəbər qaşqay və Güney Azərbaycan türklərinin etirazlarına səbəb olmuş, sosial mediada bu hərəkətə qarşı kampaniya başladılmışdı.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars, Xuzistan və Buşehr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Saylarının ortalama 3 milyon olduğu bildirilən qaşqayların bir qismi yüksək dağlıq ərazilərdə yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar.

Related Articles

Bir cavab yazın

Back to top button