İran

Sistan və Bəlucistan əyalətinin Hirmənd rayonunun Kəndu kəndi yaxınlığında polis qüvvələri 4 nəfəri güllələyib

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məmurların açdıqları atəş nəticəsində Məhəmməd Sarani və Qulam Sarani adlı iki qardaş ölüb, qardaşlardan digəri Nəbi Sarani və yoldan keçən Nəzir Rəxşani adlı gənc qadın isə ağır yaralanıblar.

Hadisənin səbəbi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, 2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb

Related Articles

Bir cavab yazın

Back to top button