AzərbaycanDünyaMəqalələr

3 May Türkçülük Günüdür

Bu gün tarixdə türkçülük günü kimi qeyd olunur.

Günün tarixçəsi Türkiyədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması əleyhinə millətçi aydınların mübarizəsi ilə bağlıdır. Belə maarifçilərdən biri olan Nihal Atsızın həbsi ilə başlanan hərəkat Türkiyə tarixində kommunizm əleyhinə ən böyük hərəkat adlandırılır. Mayın 3-də məhkəmə Nihal Atsızı da həbs edir. O, hücrələrinə bir nəfərin güclə sığa biləcəyi və buna görə də “tabutluq” adlandırılan həbsxanaya göndərilir. İllər sonra Atsız həmin günlər haqqında yazırdı:

“3 May türkçülüyün tarixində bir dönüm nöqtəsidir. O zamana qədər yalnız duyğu və düşüncə olan, ədəbi və elmi sərhədləri çox da aşmayan türkçülük birdən-birə geniş bir hərəkata çevrildi. Bundan sonra 3 May türkçülərin günüdür. Ona bir bayram deyə bilməyəcəyik. Çünki illərdə sürəcək böyük iztirabımız həmin gün başlayıb. Ona bir matəm demək də qəbul edilməz. Çünki həmin gün bizə bunca sıxıntının arasında böyük bir imtahan vermək, ürəkləri ilə ürəksizləri ər meydanında sınaqdan çıxarmaq, yaxşı ilə yamanı ayırmaq fürsəti verib. TÜRKÇÜLƏR! Toplu və ya fərd olaraq 3 Mayı anaq və ucaldaq”.

1945-ci ilin 29 martına qədər davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılır. Zeki Velidi Toqan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görür. Ancaq məhkəmə bununla başa çatmır. Məhkumların hüquqlarını qoruyan vəkillər onların azad edilməsi üçün ali məhkəmə instansiyalarına müraciət edirlər. 1947-ci il martın 31-də məhkumlar bəraət alır.

Related Articles

Bir cavab yazın

Back to top button