İran

İranda koronavirusla ilgili yeni məhdudiyyətlər tıtbiq olunacaq

İran hökuməti koronavirusla mübarizə çərçivəsində novambrın 21-dən epidemi sovuşanadək yeni məhdudiyyətlər tətbiq edəcək. Koronavirusla mübarizə Qərargahının toplantısında çıxış edən Prezident Həsən Ruhani yeni tədbirlər planının icrasına qərargahın, habelə Sağlamlıq və Tibbi Təhsil vəzirliyinin məsul olduqlarını bildirib. O, şəhərlərdə insanların bir yerə toplaşmasını, habelə gediş-gəlişini ən az həddə endirməyin vacibliyini dilə gətirib. Koronavirusla mübarizə Qərargahının sözçüsü Əlirza Rəisi planın ayrıntılarından danışaraq 100-dən çox şəhərin ən yüksək təhlükəni ifadə edən qırmızı, 150 şəhərin narıncı, azı 155 şəhərin də az təhlükəli olan sarı məntəqəyə aid edildiyini bildirib. Qeyd edib ki, qırmızı məntəqədə işləyənlərin yalnız üçdə biri işə getmək üçün evlərini tərk edəcək, bütövlükdə yol hərəkətinə məhdudiyyətlər qoyulacaq.
Son məlumata görə, İranda koronavirusa tutulanlar 740 mini, ölənlərin sayı isə 40 mini keçib. Eləcə də, 550 min nəfər sağalaraq mərizxanalardan buraxılıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button