İran

Siyasi məhbus Fəriba Əsədiyə işgəncə verilib

Vəramin şəhərinin “Qərçək” zindanında saxlanılan tanınmış siyasi fəal Fəriba Əsədi ağır cinayətlər törədən məhkumlar tərəfindən ağır şəkildə döyülərək işgəncə edilib.

Siyasi məhbuslarla ağır cinayətlər törətmiş təhlükəli məhkumların bir yerə salınmasına və özünün döyülməsinə etiraz əlaməti olaraq Fəriba Əsədi aclıq aksiyasına başlayıb.

Onun zindan məsulları və təhlükəsizlik məmurlarının göstərişi əsasında təhlükəli müttəhimlərlə bir yerə salındığı, məsulların göstərişi ilə basqı göstərmək üçün onun döyülməsinə şərayit yaradıldığı bildirilir.

Siyasi və Mədəni Fəalların Hüquqlarını Müdafiə Təşkilatının verdiyi məlumata görə, Fəriba Əsədi 12 dekabr 2021-ci il bazar günü bir illik həbs cəzasının icrası üçün bildirişlə Qüds İctimai və İnqilab Məhkəməsinin Cinayət Cəzalarının İcrası İkinci Şöbəsinə çağırılıb.

Fariba Əsədi, Mehran Delfan Azari, Meysəm Qulami və Məsud Vazifə 2021-ci ilin fevralında “rejim əleyhinə təbliğat aparmaq və müxalifət qruplarına üzv olmaq” ittihamı ilə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Qeyd edək ki, uzun illərdir ki, İranda siyasi məhbuslara, güney azərbaycanlı milli-mədəni fəallara təzyiq göstərmək üçün təhlükəsizlik xidməti əməkdaşlarının göstərişi ilə təhlükəli cinayətkarlarla bir yerdə saxlanılır.

Məhkumların Təsnifatı Məcəlləsinin 7-ci maddəsinə uyğun olaraq hər bir məhbus öz qrupunda saxlanılmalı olduğuna baxmayaraq bunun icra edilməməsi dəfələrlə məhbusların etiraz və aclıq aksiyaları keçirmələrinə səbəb olub.

Təsnifat Şurası məhkumları təhsilinə, əxlaqi xüsusiyyətlərinə, davranış tərzləri və şəxsiyyətlərinə görəayrı-ayrı uyğun bölmələrə yerləşdirməli olduğu halfa bunun yerinə yetirilməməsi insan haqları təşkilatlarının hesabatlarında əks olunub.

Related Articles

Bir cavab yazın

Back to top button