İran

Son bir ildə həbs edilən Azərbaycanlı fəalların sayı bəlli olub

Son bir ildə həbs olunan Güney Azərbaycanlı milli və mədəni fəalların sayı bəlli olub. Onların çoxu Qarabağın azad edilməsinə və Azərbaycan Ordusuna dəstək vermələri səbəbilə saxlanılıblar. Bu müddətdə 241 fəal tutuqlanıb, 59 fəala ümumilikdə 947 ay həbs, 96 ay sürgün və 1034 şallaq cəzası verilib. 182 fəal isə İranın Ermənistana yardımlarına qarşı keçirilən mitinqlərdə iştirak etdikləri üçün həbs olunublar. 181 milli fəal tutuqlanarkən fiziki zorakılığa məruz qalıb. 16 fəala təkadamlıq həbs hücrələrində işgəncə verilib. Həbs edilən fəalların 24-ü qadın olub. Bildirək ki, ötən illərlə müqayisədə qadınların etiraz mitinqlərində iştirakı və təşkilatçılığı artıb. Həbs olunan qadınlara ümumilikdə 123 ay həbs və 130 şallaq cəzası verilib. İkisi qız, üçü oğlan olmaqla yetkinlik yaşına çatmayan 5 nəfər tutuqlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button