Dünya

Stoltenberq: Alyansın heç bir müttəfiqi terrordan Türkiyə qədər əziyyət çəkməyib

"Mən deyə bilmərəm nə zaman, ancaq inanıram ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edəcək".

Bunu NATO Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda panel müzakirəsi zamanı deyib: “NATO müttəfiqlərindən biri elə Türkiyə idi ki, iyun ayında bu iki ölkəni alyansa üzvlüyə dəvət etdi.

Mən Türkiyənin bu iki ölkənin alyansa girişi üçün protokolları ratifikasiya edəcəyinə inanıram”.

Stoltenberq deyib ki, Putin Ukraynaya müharibə etməzdən əvvəl Rusiya sərhədlərində daha az NATO görmək istədiyini bildirmişdi və o, bu müharibəyə başlayaraq bunun tam əksinə nail oldu: “NATO Şərq cinahını daha da gücləndirdi və biz ərazilərimizin hər qarışını müdafiə edəcəyimiz siqnalını verdik.

İsveç və Finlandiya NATO-ya üzvlük üçün müraciət etdi”.

O bildirib ki, bu iki ölkə hərbi alyansın bir neçə üzvü ilə təhlükəsizlik sazişi imzalayıb. “Düşünmək çətindir ki, əgər Finlandiya və İsveç hər hansı təhlükə ilə üzləşərsə NATO buna reaksiya verməyəcək”.

Stoltenberq deyib ki, Türkiyənin PKK ilə bağlı legitim narahatlıqları var. “Alyansın heç bir müttəfiqi Türkiyə qədər terrordan əziyyət çəkməyib. Bu təşkilat ABŞ, Aİ və digər ölkələr tərəfindən terrorçu kimi tanınıb”.

NATO Baş katibi vurğulayıb ki, iyunda İsveç, Finlandiya və Türkiyənin imzaladığı sənəd çərçivəsində bu ölkələr addım-addım öz öhdəliklərini yerinə yetirirlər. İsveç və Finlandiya Türkiyəyə silah tədarükünə qarşı embarqonu aradan qaldırıb.

Onlar terrorla mübarizə sahəsində əməkdaşlıq edir, bunun üzərində işləyirlər. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button