Dünya

Argentinanın Vitse-prezidentinə sui-qəsd cəhdi olub

Argentina Prezidenti Alberto Fernandes ölkənin Vitse-prezidenti Kristina Fernandez de Kirşnerə silah tuşlayan şəxsin hərəkətini sui-qəsd cəhdi adlandırıb.

Bu barədə Argentina Prezidenti cümə axşamı xalqa müraciətində bildirib.

“Bu gün saat 21:00 radələrində (Bakı vaxtı ilə saat 04:00) bir şəxs ölkənin hazırkı vitse-prezidenti və iki dəfə prezidenti olmuş Kristina Fernandes de Kirşnerə sui-qəsdə cəhd edib. Bu, demokratiyanın bərpasından bu günədək ən pis hadisədir (1983-cü ildə)”, – o deyib.

Argentina Prezidentinin sözlərinə görə, Vitse-prezidentə hücum edən şəxs tətiyi çəkə bilib. “Kristina ona görə sağdır ki, texniki cəhətdən hələ dəqiqləşdirilməmiş naməlum səbəblərdən, tətiyin çəkilməsinə baxmayaraq, beş gülləli silah atəş açmayıb”, – dövlət başçısı bildirib.

Cümə axşamı günü polis, Buenos-Ayresdəki evinin qarşısında vitse-prezidentə silah tuşlayan şəxsi saxlayıb. “Cinco Noticias” telekanalının efirində nümayiş etdirilən kadrlarda izdihamın arasında dayanan şəxsin Fernandes de Kirşnerə silahla az qala yaxından yaxınlaşa bildiyi görünür.

Related Articles

Bir cavab yazın

Back to top button