Azərbaycan

Suqovuşana gələn su niyə azalıb? – Açıqlama

“Ermənilərin Sərsəng su anbarından Suqovuşan su anbarına verilən suyun həcmini azaltması barədə yayılan məlumat həqiqəti əks etdirmir”. Bunu Tərtərçay Hidroqovşağının İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov deyib.

O bildirib ki, su anbarındakı təmir işləri ilə əlaqədar suyun həcmi bilərəkdən azaldılıb.

“Göldə suyun səviyyəsinin aşağı düşməsinə səbəb orada aparılan təmir işləri ilə əlaqədardır. Gölün bir qapısı təmir edildiyindən suyun səviyyəsi bizim tərəfimizdən məqsədyönlü şəkildə azaldılıb. Sərsəng su anbarından buraxılan 8-10 kubmetr su əvvəlki qaydada Tərtər çayına axıdılır və oradan da təsərrüfatlara paylanılır.

Əvvəl hansı rejimdə işləyirdiksə, indi də həmin qaydada davam edirik”, – M.Kərimov deyib.

Xatırladaq ki, bu gün bəzi sosial şəbəkələrdə Sərsəng su anbarından Suqovuşan su anbarına gələn suyun ermənilər tərəfindən azaldılması barədə məlumatlar yayılıb. (trend)

Related Articles

Bir cavab yazın

Back to top button