İran

Müxtəlif şəhərlərdə telekommunikasiya təqaüdçülərinin etiraz aksiyaları davam edir

Yaşayış və iqtisadi vəziyyətlərinə etiraz edən təqaüdçülərin etirazının davamı olaraq, bu gün İranın müxtəlif şəhərlərində telekommunikasiya şirkətinin bir çox təqaüdçüsü koordinasiyalı etiraz aksiyalarına başlayıb.

İran Azad İşçilər Birliyinin hesabatına əsasən, bu gün, bazar ertəsi, mayın 15-də İsfahan, Xuzistan, Rəzəvi Xorasan, Quzey Xorasan, Çaharmahal və Bəxtiyari, Lorestan və bəzi başqa şəhərlərdə telekommunikasiya təqaüdçüləri öz əyalətləri və ya şəhərinin telekommunikasiya mərkəzinin önündə etiraz aksiyasına başlayıblar.

Bu səhər Quzey Xorasanda telekommunikasiya təqaüdçüləri Bircənd şəhərində əyalətin telekommunikasiya mərkəzinin qarşısına toplaşaraq rifah və tibbi tələblərin dərhal ödənilməsini, İran Telekommunikasiya Şirkəti tərəfindən 2009-cu ildə təsdiq edilmiş məşğulluq qaydalarına azalmaya getmədən əməl olunmasını tələb ediblər.

Telekommunikasiya təqaüdçüləri ayrıca Şəhrəkordda toplaşaraq tibbi və sosial yardım haqlarının vaxtında ödənilməməsinə və başqa tələblərinin ödənilməməsinə etiraz ediblər.

İsfahan şəhərində də təqaüdçülər tələblərinə yerinə gətirilməməsinə etiraz olaraq İsfahan Telekommunikasiyasının qarşısına toplaşıblar. Telekom təqaüdçüləri Xürrəmabad, Əhvaz, Məşhəd, İsfahan və Kərəc şəhərlərində də etiraz aksiyası keçiriblər.

Cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusən də işçilərə, təqaüdçülərə və müəllimlərə qarşı iqtisadi təzyiqlərin artması və son aylarda İranda iqtisadi böhranın ağırlaşması ilə yanaşı, ölkədə fəhlə, müəllim və təqaüdçülərin tətilləri və geniş etirazları da artıb.
#ümumi_etirazlar

Related Articles

Bir cavab yazın

Back to top button