Dünya

Suriyada İsrailin hücumu nəticəsində terror təşkilatı-Sepah-ın yürsək rütbəlilərinin öldüyü bildirilir

 “Əl-Ərəbiyyə” kanalının xəbər mənbələri İsrailin Dəməşqin Əl-Mezeh məhəlləsində bir mənzilə endirdiyi hava zərbəsi nəticəsində ikisi Suriya vətəndaşı olmayan 5 nəfərin öldüyünü, 12 nəfərin isə yaralandığını bildirir.

İsrailin “Kanal 12” telekanalı SEPAH-ın Dəməşqdə yüksək rütbəli komandirinin öldüyü barədə məlumat yayıb.

İsrail mediası ötən gecə İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqə son hücumunun hədəfi Sepah-ın Qüds qanadının komandan müavini general Məhəmmədrza Fəllahzadə olduğunu yazıb.

Qeyd olunub ki, hücum İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı binaya edilib, nəticədə ölən və yaralananlar var.

Related Articles

Bir cavab yazın

Back to top button