BölgəDünyaİran

Suriyada partlayış: İranla əlaqəli kəşfiyyat rəsmisinin öldürüldüyü ehtimal olunur

Suriyanın rəsmi xəbər ajansı "SANA" iyunun 23-ü səhər saatlarında Dəra şəhərində güclü partlayış səsinin eşidildiyi barədə məlumat yayıb.

Məlumata görə, sözügedən şəhərdə bomba partlayışı nəticəsində iki nəfər xəsarət alıb. İlkin məlumatın yayılmasından bir neçə dəqiqə sonra səsin bir avtomobilin partlaması ilə meydana gəldiyi bildirilib.

Başqa etibarlı qaynaqlar isə Dəra şəhərinin “Əl-Delə” meydanında İrana yaxınlığı ilə tanınan Suriya kəşfiyyatının rəsmisi Mahmud Helvəyə məxsus avtomobilin partladıldığını vurğulayıb.

Məlumata görə, partlayışdan sonra avtomobil atəşə tutulub. Partlayış və silahlı hücum nəticəsində digər iki kəşfiyyat məmurunun da ağır yaralandığı qeyd olunur.

Related Articles

Bir cavab yazın

Back to top button