Dünya

Türkiyənin yaranmasının 98-ci ildönümüdür

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümüdür.

1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya savaşında məğlub olmasından sonra qalib dövlətlər – İngiltərə, Fransa, İtaliya və Yunan Türkiyənin böyük hissəsini işğal edirlər.

Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına başlayır.

1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük bölümünün işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalanır.

Təslimi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında birləşən müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başlayırlar.

1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edilir.

Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatır. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunur.

Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilir. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sınırlar çərçivəsində böyük dövlətlər tərəfindən tanınır. 1934-cü ildə Türkiyə Böyük Millət Məclisində Mustafa Kamala “Atatürk” soyadını verir.

Related Articles

Bir cavab yazın

Back to top button