
Suriyanın şimalında yerləşən bu şəhər türkmənlərin kompakt yaşadığı yerdir və açılış mərasimi Suriyanın müxtəlif əyalətlərindən olan türkmənlərin, tayfaların nümayəndələri və hərbi komandirlərin iştirakı ilə keçirilib.
Açılış mərasimi Türkiyə silahlı qüvvələrinin Suriyanın şimal bölgəsini terror təhdidlərindən təmizləmək məqsədi daşıyan “Fərat Qalxanı” əməliyyatından sonra keçirilib.
Suriya Türkmən Şurasının rəhbəri Feysəl Cümə mərasimdəki çıxışında “bu binanın təkcə türkmənlərə deyil, bütün Suriya xalqına xidmət edəcəyini və Rakka, Həsəkə, Hələb və Latakiyada binaların açılışı olacağını vurğulayıb.