Dünya

Suriyanın şimal-şərqində terrorçular zərərsizləşdirildi

Türkiyə Ordusunun xüsusi təyinatlı qüvvələri Suriyanın şimal-şərqində PKK terrorçularının Suriya qanadı YPG-nin beş silahlısını zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdəki səhifəsində yerləşdirilmiş xəbərdə bildirilir.

Qeyd edilir ki, terrorçular “Barış pınarı” əməliyyatının keçirilməsi zonasına hücuma cəhd ediblər və vaxtında aşkarlanaraq zərərsizləşdiriliblər.

Verilmiş koordinatlar üzrə artilleriya zərbələri endirilib.

Related Articles

Bir cavab yazın

Back to top button