Azərbaycan

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin səhiyyə nazirləri toplanacaq

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, iclas bu il oktyabr ayının 8-nə planlaşdırılıb.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

Related Articles

Bir cavab yazın

Back to top button