Bununla bağlı yanvarın 3-də Təbriz, Üskü, Səhənd şəhərləri və ətraf bölgələrindəki kənd və qəsəbələrin məktəbləri tətil edilib.
Eyni halda həssas yaş qrupuna mənsub insanların, uşaqların, hamilə qadınların və ürək-damar, tənəffüs problemi olan şəxslərin evdə qalmaları istənilib.
Qeyd edək ki, son həftələr Təbrizdəki istilik elektrik stansiyasında mazut yandırılması şəhərin havasının çirklənmə səviyyəsinin artmasına səbəb olub.