Site icon Aznews TV

Təbii fəlakətdən sonra Germi və Biləsuvarda çörək qıtlığı yaranıb

Bu barədə məlumat yayan sosial media fəalları əlaqədar dövlət qurumlarının zərər çəkən bölgələrə yetərli yardım etmədiklərini yazıblar.

Paylaşılan məlumatlarda bildirilir ki, evləri dağılan və mal-qarası tələf olan kəndlilər vacib ərzaq məhsulları tapa bilmirlər.

Qeyd edək ki, mayın 31-i və iyunun 1-də Biləsuvar və Germidə baş verən sel daşqınları onlarla kəndə ciddi xəsarətlər yetirib.

Yollar, elektrik və qaz xəttləri, habelə körpülər dağılıb.

Kəndlilərin çox sayda mal-qarasını sel aparıb.

Exit mobile version