Azərbaycanİran

Təbii fəlakətdən sonra Germi və Biləsuvarda çörək qıtlığı yaranıb

Güney Azərbaycanın Biləsuvar və Germi bölgələrində baş verən sel və daşqın fəlakətindən sonra onlarla kənddə ərzaq qıtlığı yaranıb.

Bu barədə məlumat yayan sosial media fəalları əlaqədar dövlət qurumlarının zərər çəkən bölgələrə yetərli yardım etmədiklərini yazıblar.

Paylaşılan məlumatlarda bildirilir ki, evləri dağılan və mal-qarası tələf olan kəndlilər vacib ərzaq məhsulları tapa bilmirlər.

Qeyd edək ki, mayın 31-i və iyunun 1-də Biləsuvar və Germidə baş verən sel daşqınları onlarla kəndə ciddi xəsarətlər yetirib.

Yollar, elektrik və qaz xəttləri, habelə körpülər dağılıb.

Kəndlilərin çox sayda mal-qarasını sel aparıb.

Related Articles

Bir cavab yazın

Back to top button