İran

Təbii fəlakətlər Qərbi Azərbaycan vilayətində əkinçiliyə zərər vurur

Güney Azərbaycanın Qərbi Azərbaycan ustanında əkin bəxşinə ümumilikdə 850 milyard tümən xəsarət dəyib. Məsələ ilə bağlı ustanın “Cahad Kişavərzi” Sazimanının rəisi Rəsul Cəlili mehrin 2-də məlumat verib. Onun sözlərinə görə, ustanın əkin bəxşinə dəyən ziyan 1398-1399-cu illəri əhatə edir.
“Xəsarətlərin həcmini azaltmaq üçün əkinçiləri gözlənilməz hadisələr barədə bilgiləndirmək zəruridir. Cari ildə əkin, bağ və heyvandarlıq məhsullarının bimə olunması yüzdə 10dur. Bu miqdar az olduğuna görə, əkinçilər və heyvan bəsləyənlər öz məhsullarını bimə etməyə ciddi yanaşmalıdır”, – deyə Rəsul Cəlili vurğulayıb.
Qurum rəsmisi mövcud xəsarətlərin aradan qaldırılmasında Bimə Sandığına mali və etibar mənbələrinin vaxtında ayrılmalı olduğunu qeyd edib. Məlumata görə, bu hal əkin biməsi sənətinin gəlişməsinə mane olan önəmli müşküllərdəndir.

Related Articles

Bir cavab yazın

Back to top button