İran

Ələhvazlı si̇yasi̇ məhbuslar fi̇zi̇ki̇ zorakılığa məruz qalıblar

Ələhvazlı ərəb siyasi məhbuslar əmniyyət məmurları tərəfindən döyülüb və təhqir edilib. Bu barədə Ələhvazın İnsan Haqları Sazmanının ordibehiştin 10-da yayımladığı bəyaniyyədə bildirilib. Məlumata görə, zindan məqamları “milyardlarla tümənin mənimsənilməsində” ittiham edilən Hüseyn Porkar ilə Ədnan Zabiyə adlı məhbusları bilərəkdən cinayətkarlar bəndindən siyasilərin saxlanıldığı bəndə köçürüblər. Bu addım siyasi məhbusları incitmək və onları daha da sıxışdırmaq məqsədi daşıyıb. Bəyaniyyədə vurğulanıb ki, sözügedən iki cinayətkar siyasilərlə qarşıdurma yaradaraq əmniyyət məmurlarının bəndə hücum etməsinə çalışırlar. Qeyd edilir ki, cinayətkar şəxslər ən son ərəb siyasi məhbuslar Məhəmməd Əli Əmvəri, Muxtar Albuşukə və Qasım Səncəri ilə dalaşıblar. Nəticədə məmurlar bəndə hücum edərək siyasi məhbusları döyüblər. Qarşıdurma zamanı yaralanan siyasi məhbusların müalicəsi üçün heç bir tədbir görməyən zindan məsulları onları infiradi sellulara köçürüblər. Vurğulanıb ki, özəlliklə Şeyban zindanının məqamları siyasi məhbuslara basqı göstərmək məqsədilə təhlükəli cinayətkarları onların saxlanıldığı bəndə köçürürlər. Bəyaniyyədə uluslararası təşkilatlara, İranın işləri üzrə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Özəl Elçisinə müraciət edilib. “Uluslarası təşkilatlar İran dövlət məqamlarından siyasi məhbusların hüquqlarının təmin edilməsini istəməlidirlər”,-deyə bəyaniyyədə diqqətə çatdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button