Dünya

Pentaqon: İranla nüvə danışıqlarının taleyi məlum deyil

"Amerikanın müttəfiqləri bölgədə İranın rəftarlarından və onun sabitliyi pozan addımlarından çox narahatdırlar"

“Amerikanın müttəfiqləri bölgədə İranın rəftarlarından və onun sabitliyi pozan addımlarından çox narahatdırlar”

Bu barədə Amerikaın Müdafiə Nazirliyi məlumat yayıb.

“Aznews tv”  xəbər verir ki, Amerikanın Müdafiə Nazirliyi – “Pentaqon” İranın atom proqramındakı dəyişikliyə, habelə raket proqramı, insansız uçaq texnologiyaları və bu ökənin bölgədə sabitliyi pozan addımlarına münasibət bildirərkən nüvə müzakirələrinin prosesinin çətin və onun taleyinin naməlum olduğunu vurğulayaraq, eyni zamanda İranın öz raket proqramını möhkəmləndirməyə davam etdiyini, habelə körfəzdə gəmilərin fəaliyyətinə təhdid sayıldığını deyib.

Pentaqon dekabrın 15-də yayılan məlumatında İranın İraq və Suriyada terrorçu qruplaşmaları dəstəkləməyə davam etdiyini bildirərək əlavə edib ki, bu ölkə özünün insansız uçaqlarından istifadə edərək son illərdə böyük bir təhdidə çevrilib.

Amerika Müdafiə Nazirliyi eyni zamanda qeyd edib ki, onun müttəfiqləri İranın bölgədəki davranışlarından və sabitliyi pozan addımlarından olduqca narahatdır.

Related Articles

Bir cavab yazın

Back to top button