Azərbaycanİran

“Fars” xəbər agentliyi Azərbaycanın Ermənistan mövqelərini atəşə tutduğunu iddia edib

İranın bir sıra agentlikləri "xarici media"ya istinad edərək Ermənistan mövqeiini işıqlandırıb.

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Fars” xəbər agentliyi iki tərəf arasında şiddətli atışma barədə məlumat yayıb.

Agentlik məsələ ilə bağlı yaydığı məlumatda xarici mediaya istinadı iddia edərək Azərbaycan Respublikasının ordu hissələrinin artilleriya və pilotsuz uçuş aparatlarından istifadə etməklə Ermənistana atəş açdığını yazıb.

“Bu hücumlar Ermənistan ərazisində və mübahisəli Dağlıq Qarabağ bölgəsindən kənarda baş verib. Bu hərəkətlər Bakının böyük gərginlik yaratmasıdır”-deyə, “Fars” kanadalı jurnalist Nil Haviyerin məlumatına əsaslandığını dediyi məlumatda bildirib.

Xəbər agentliyi bundan öncə də olduğu kimi məsələ ilə bağlı yaydığı məlumatın bir hissəsində Azərbaycan adını təhrif edərək Azərbaycan tərəfinin mövqeini “Bakı Müdafiə Nazirliyinin verdiyi məlumat” kimi qeyd edib.

Xəbərdə Ermənistan tərəfinin verdiyi məlumatı yayılıb və İrəvanın Azərbaycana qarşı təxribat törətmədiyi, təhrik etmədiyi halda Azərbaycan ordusunun erməni mövqelərini atəşə tutduğu iddia edilib.

Bununla yanaşı “İRNA” xəbər agentliyi də oxşar məlumatları yayıb və Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi komitəsinə istinad edərək Azərbaycanın Ermənistanın sərhədyanı bölgələrini bobmaladığını yazıb

Related Articles

Bir cavab yazın

Back to top button