Azərbaycanİran

Xoyda zəlzələdə yaralananların sayı 816-ə yaxınlaşıb

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə 3nəfər ölüb,816-dən çox insan isə yaralanıb.

bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.

Qeyd edək ki, daha öncə Tibb elmləri Universitetinin təcili tibbi yardım mərkəzinin rəisi Fərzin Rzazadə təbii fəlakət nəticəsində 7 nəfərin öldüyünü açıqlasa da, regionun qubernatoru onun bu açıqlamasını təkzib edib.

Xatırladaq ki, yanvarın 28-də saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.

Related Articles

Bir cavab yazın

Back to top button