İran

Əli̇ Rəbi̇i̇: “Heç bi̇r ölkə İranla əməkdaşlıq etmək i̇stəmi̇r”

FATF Qara Listindəki nəticələrə görə, heç bir ölkə, hətta qonşu dövlətlər belə İranla əməkdaşlıq etmək istəmir. İran qəzetində dərc olunmuş bir yazısında İran dövlətinin sözçüsü Əli Rəbii belə deyib. Onun sözlərinə görə, İran üçün ticarət mübadiləsi xərcləri adi həddən daha yüksəkdir. Əli Rəbii beynəlmiləl təhrimlərdən sonra ölkənin FATF Qara Listinə salınmasının İran hakimiyyəti üçün düşündürücü bir məsələ olduğunu vurğulayıb.

Qeyd edək ki, Həsən Ruhaninin istəyi, habelə Əli Xameneinin anlaşması ilə FATF tərhləri yenidən baxılması üçün Nizamın Məsləhətini Bəlli Etmə Məcməyinə təqdim edilib. Bir neçə gün öncə isə İranın Mərkəzi Bankının rəisi Əbülrza Himməti bu layihələrin təsvib olunmasını difa etmək üçün Məcməyin toplantısında iştirak edib.

Related Articles

Bir cavab yazın

Back to top button