Bununla yanaşı, avqustun 23-ü gecə saatlarından başlayaraq bir neçə bölgədə, o cümlədən on minlərlə ailənin məskunlaşdığı Əndişə və Nəsr şəhərciklərində elektrik enerjisinin verilişi dayandırılıb.
Avqustun 25-i verilən məlumatlara görə, elektrik enerjisi kəsintiləri bir çox bölgələrdə, o cümlədən şəhərin mərkəzi hissələrində davam edir.
Bildirilir ki, elektrik enerjisi kəsintiləri davamlı olduğuna görə, mərkəzi küçələrdəki iş yerləri və mağazalar elektrik generatorları quraşdırmağa məcbur olublar.