Azərbaycan

Təbrizli təqaüdçülər etiraz mitinqi keçirib: Tələblərimiz yerinə yetirilməzsə Tehrana gedəcəyik

Yanvarın 16-da Təbrizdə bir qrup təqaüdçü etiraz aksiyası keçirib.

Yanvarın 16-da Təbrizdə bir qrup təqaüdçü etiraz aksiyası keçirib.

“Aznews tv”ın xəbərinə görə, etirazçılar havanın kəskin soyuq olmasına baxmayaraq Şərqi Azərbaycan vilayətinin Sosial Təminat İdarəsinin önünə toplaşıblar.

Narazılar “Haqqımızı almayınca susmayacayıq”, “Ləyaqətsiz məsul şəxslər, istefa-istefa”, “Əmək haqqı rialla, xərclərimiz dollarladır” məzmunlu şüarlar səsləndiriblər. Mitinqin sonunda çıxış edən təqaüdçülərin nümayəndəsi bildirib ki, tələbləri yerinə yetirilməzsə, aksiyanı Tehranda davam etdirəcəklər.

Onlar təqaüdlərinin aşağı olmasına, vəzifələrin təsnifatlaşdırılması və bərabərləşdirilməsi haqqında qanunun icra

edilməməsinə etiraz ediblər. Habelə sığorta xidmətləri sahəsindəki problem və nöqsanların aradan qaldırılmamasına narazılıq bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button