İran

Təbri̇zdə taksi̇lərdə gedi̇ş haqqı artırılıb

Təbrizdə taksi kirayələrinin məbləği yüzdə 35 artırılıb. Təbrizin İslami Şəhər Şurası və fərmandarının qərarına görə, taksı kirayələrinin artımı fərvərdinin 21-dən emal olunacaq. Məsələyə Təbriz Taksi Sürmə Sazmanının müdiri Səid Bəşirian aydınlıq gətirib. Qurum nümayəndəsi də qiymət artımı ilə bağlı yayılan bilgilərin doğru olduğunu açıqlayıb.

“Şəhəriçi taksilərdə gediş haqqı tablolarda göstəriləcək. Burada daha geniş eləcə də xırdalıqlarıyla bütün məlumatlar yer alacaq. Taksi sürücülərinin ödənişi qəbul etməsi isə kontrolda saxlanılacaq. Vətəndaşlara qarşı dələduzluq halları görülərsə, yubanmadan tərəfimizdən gərəkən addımlar atılacaq”, – deyə Səid Bəşirian bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button