Azərbaycan

Təbriz Tibb Elmləri Universitetinin əməkdaşları etiraz aksiyası keçirib

İyulun 13-də Təbriz Tibb Elmləri Universitetinin tibb bacıları və səhiyyə işçiləri etiraz aksiyası keçirib.

Koronavirus pandemiyası dövründə iki qat işlədiklərini vurğulayan tibb işçiləri rəsmi olaraq işə götürüləcəkləri ilə bağlı təzminat istəyiblər.

Universitetin əməkdaşları pandemiya səngidikdən sonra rəsmi olaraq işə götürüləcəkləri ilə bağlı verilən vədlərin yerinə yetirilmədiyini bildiriblər.

“Canınızın müdafiçəsisi olmuşuq, haqqımızın müdafiəçisi olun” məzmunlu şüarlar yazılan plakat qaldıran etirazçılar hökumətdən ədalətli yanaşma tələb ediblər.

Qeyd edək ki, İran dünyada yeganə ölkədir ki, tibb bacıları 12 növ əmək müqaviləsi ilə işləyirlər. Hər kəsin işi eyni olsa da, maaşları və müavinətləri fərqlidir.

İranlı tibb bacılarının 45%-i müvəqqəti müqavilə ilə işləyir və daimi müqavilə ilə işə götürüləcəklərini gözləyirlər.

Qeyd edək ki, Təbriz Tibb Elmləri Universitetinin verdiyi məlumata görə, 11 ayda əyalətdə 2250 tibb işçisi koronavirusa yoluxub.

Həkimlərin özəlliklə koronavirusla mübarizə dönəmində artıq işləmələrinə, həyatlarını təhlükəyə atmalarına baxmayaraq, hökumət vəd etdiyi əlavə ödənişləri verməməklə yanaşı üstəlik aylıq əmək haqları da ödəmir, daimi işə götürmə ilə vədi yerinə yetirmir.

Related Articles

Bir cavab yazın

Back to top button