İran

Təbrizdə “Azərbaycan öz övladlarının təhqir edilməsinə dözmür” etiraz plakatları geniş yayılıb

Təbrizdə azərbaycanlı mədəni fəallar bazar günü, mehr ayının 4-də yüzlərlə “Ruzbeh Piri” plakatı yayaraq, milli fəalın hökumət qüvvələri tərəfindən döyülməsinə etiraz olaraq azad edilməsini tələb ediblər.

Plakatlarda “Biz Ruzbeh Piri”, “Azərbaycan öz övladlarının təhqir edilməsinə dözmür”, “Ruzbeh Piriyə # azadlıq” və “Azadlıq istəyi cinayət deyil” şüarları yazılıb.

Ruzbeh Piri həbs edildikdən 18 gün sonra bilinməyən durumda və barəsində heç bir xəbər verilmədən hələ də Ettelaatın təkadamlıq zindanında saxlanılır.

Ruzbeh Pirinin ailəsi, məhkəmə və əmniyət orqanlarının başçılarına dəfələrlə müraciətlərinə baxmayaraq tutulmasının səbəbləri və övladlarına qarşı irəli sürülə biləcək ittihamlar haqda onlara bilgi verilmədiyini bildiriblər.

Qohumların və şahidlərin dediyinə görə, Ruzbeh Piri əmniyət qüvvələri tərəfindən ağır şəkildə döyülərək tutulub və otomobilə mindirilərkən başı və üzü qan içində olub.

Related Articles

Bir cavab yazın

Back to top button