Azərbaycan

Təbrizdə etiraz aksiyası başlayıb- Güllə və partlayış səsləri eşidilir

Güllə səslərinin Rüşdiyyə məhəlləsində eşidildiyi deyilir.

Təbrizdən verilən məlumata görə, havanın qaralması lə eyni vaxtda etiraz aksiyası başlayıb.

Təbrizin Abbasi dörd yoluna  yaxın Rüşdiyyə məhəlləsində güllə səslərinin eşidildiyi, yayılan videoda xüsusi təyinatlıların etirazçıları dağıtmaq üçün atəş açdığı, partlayıcı maddə və gözyaşardıcı qazdan istifadə etdiyi görünür.

Son günlər bu bölgədə aksiyaların olduğuna görə, hökumət qüvvələrinin önləyici tədbirlər aldığı və vətəndaşları vahimələndirmək üçün atəş açdıqları da ehtimal edilir.

Bundan öncə adı çəkilən məhəlləyə polis və xüsusi təyinatlılara məxsus zirehli texnikanın yeridildiyi bildirilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button