AzərbaycanİranMəqalələr

Təbrizdə ilk dəfə uşaq bağçası və lal-karlar məktəbinin təsisçisi

 İranda ilk uşaq kitabının müəllifi və naşiri, həmçinin farsca işarə dilinin yaradıcısı tanınmış pedaqoq Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçabanın doğum günüdür.

1919-cu ildə İrəvandan Mərəndə köçən Mirzə Qafarxan Mükafatın yaratdığı “Əhmədiyyə” məktəbində ibtidai sinif müəllimi kimi işə düzəlir. Burada işlərkən o Azərbaycan dilində “Xor-xor” adlı uşaq tamaşası yazır və məktəbin həyətində uşaqlar tərəfindən tamaşa oynanılır.

Cabbar Bağçabanın pedaqogika fəaliyyəti Təbriz və Şiraz maarif idarələrinin diqqətini çəkir və onun yeni təlim metodu ilə tanış olmaq, uşaq tamaşalarını görməkdən ötrü 1920-ci ildə onu Təbrizə dəvət edirlər. Təbrizə gələn Bağçaban bir müddət buradakı “Daneş” adlı məktəbdə işləyir və onun metodu o dövr İran Azərbaycanının maarif idarəsinin müdiri Əbulqasim Fiyuzatın xoşuna gəlir. Ona uşaq bağçası açmağa icazə verilir.

O dövrdə Təbrizdə təkcə dini azlıqların, xristian və yəhudilərin uşaq bağçaları var idi, Bağçaban həmin dövr İranın Maarif Nazirliyinin təzyiqlərinə baxmayaraq, 1924-cü ildə Təbrizin Maqsudiyyə məhəlləsində İranın ilk uşaq bağçasını açır. Bu, İran tarixində qız və oğlan uşaqlarının birgə tərbiyə olunduğu ilk bağça idi. Bağçabanın oğlan-qız bağçası və məktəbi tezliklə Təbriz xalqını uşaqlarını məktəbə qoymağa həvəsləndirmişdi.

1966-cı il noyabrın 25-də dünyasını dəyişən Cabbar Bağçaban Tehran yaxınlığında, Rey şəhərinin Səfaiyyə qəbiristanlığında dəfn edilib.

Related Articles

Bir cavab yazın

Back to top button