Azərbaycan

Təbrizdə keçirilən çərşənbə şənliklərində çox sayda insan yaralanıb

Təbrizdə keçirilən çərşənbə şənliklərində çoxlu sayda insan yaralanıb. Bu barədə Şərqi Azərbaycan əyalətinin polis rəisi Hüseyn Əbdi mediaya verdiyi açıqlamada bildirib.

Rəis çərşənbə şənlikləri mərasimlərində əyalətdə ölən və yaralananların olduğunu deyib.

Onun sözlərinə görə, ötən 3 çərşənbə mərasimlərində havayi fişənglər və partlayıcı maddələrdən istifadə nəticəsində Təbrizdə 9 ev dağılıb, 6 nəfər ölüb, 30 nəfər yaralanıb və 12 avtomobil yanıb.

Əbdi havayi fişəng və partlayıcı maddələrin satışı ilə məşğul olan və ondan istifadə edənlərə qarşı sərt tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, uzun illərdir yaz bayramı öncəsi çərşənbə şənlikləri rejim əleyhinə etiraz aksiyalarına çevrildiyi üçün hökumət çərşənbə mərasimlərinin keçirilməsinə icazə vermir.

Bundan öncə yüzlərlə şəxs şənlik mərasimlərinə qatıldıqları üçün saxlanılıb və müxtəlif qondarma ittihamlarla həbs cəzasına məhkum olunublar.

Related Articles

Bir cavab yazın

Back to top button