Baş direktor noyabrın 30-da Financial Times qəzetinə müsahibəsində dünya güclərini İranın “zənginləşdirilmiş və artan uran ehtiyatından yarana biləcək təhlükələri” unutmamağa çağırıb.
“İranın nüvə proqramının vəziyyəti həqiqətən qeyri-müəyyəndir. Danışıqların yeni bir çərcivədə aparılması lazım ola bilər. İranla problem Nüvə Sazişinin bərpası ilə həll olunmayacaq. Yenidən oturub başqa formatda anlaşma olunmalıdır.
Diqqətlər HƏMAS-İsrail müharibəsinə çəkilib. Lakin dünya gücləri İranın zənginləşdirilmiş və artan uran ehtiyatından yarana biləcək təhlükələri unutmamalıdır”, – deyə Qrosi bildirib.
Xatırladaq ki, Frans-Press xəbər agentliyi bir müddət əvvəl bildirmişdi ki, “İran öz nüvə proqramını irəli apardığı və agenliklə əməkdaşlığını azaltdığı bir halda Qərb ölkələri İrana qarşı sərt tədbirlər görməkdən çəkinirlər”.