Azərbaycan

Təbrizdə milli fəalın evinə basqın edilib

İyulun 16-da təhlükəsizlik məmurları milli-mədəni fəal Hamid Əsgərinin Təbrizdəki ata evinə basqın edib və evdə məhkəmə hökmü olmadan qanunsuz axtarış aparıblar.

Milli fəalın yaxınlarının verdiyi məlumata görə, o evdə olmadığı üçün məmurlar onu həbs edə bilməsələr də, ona məxsus noutbuk və başqa şəxsi əşyaları özləri ilə aparıblar.

Təhlükəsizlik məmurları milli fəlın ailəsindən Hamid Əsgərinin idarənin zənglərinə cavab verməsini və izahat üçün ETTELAAT-ın yerli bölməsinə getməsini istəyiblər.

Qeyd edək ki, iyunun 27-də Hamid Əsgəri Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölməsində bir neçə saatlığına dindirilib.

Related Articles

Bir cavab yazın

Back to top button