Azərbaycan

Təbrizdə su çatışmazlığı böhran həddinə çata bilər

Şərqi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə Təbrizdə su çatışmazlığı probleminin narahatlıq doğurduğunu deyib.

Bu il ötən ilə nisbətdə yağıntıların azaldığını deyən Qafarzadə hal-hazırda Şərqi Azərbaycanda mövcud olan su anbarlarının 42 faizinin boş olduğunu söyləyib.

“Hazırda Təbrizdə su istehsalı ilə istehlakı eyni səviyyədədir və qeyri-adi bir hadisənin baş verdiyi təqdirdə su kəsintiləri yaşanacaq”-deyə, o, xəbərdarlıq edib.

Related Articles

Bir cavab yazın

Back to top button