Azərbaycanİran

Təbrizdə su üsyanı başlaya bilər

İyulun 31-dən Təbrizin 24 məhəlləsi və şəhərətrafı bölgələrdə içməli suyun dayandırılması geniş etirazlarla qarşılanıb.

Son bir həftə ərzində bir neçə dəfə baş tutan etiraz aksiyaları avqustun 6-ı gecə saatlarında daha da genişlənib.

Şəhərin Bağmeşə və Abbasi küçələrində minlərlə insan küçələrə çıxaraq “su istəyirik!” şüarları ilə etiraz aksiyaları keçiriblər.

Yerli media və təbrizli sosial media istifadəçiləri hakimiyyətin və əlaqədar qurumların problemin həllinə ciddi yanaşmadıqlarını qeyd edir. Onlar bunun yeni kütləvi etiraz aksiyalarının başlamasına səbəb ola biləcəyini yazırlar.

Onlar suyun kəsilməsinə görə  2021-ci ilin iyun ayında Xuzistan əyalətində başlayan və qısa müddət ərzində başqa əyalətlərə də yayılan “Su üsyanı”nın xatırladıblar.

“Təbrizlilərin səbrini bundan artıq sınamağa cəsarət etməyin! Xuzistanda baş verən və onlarla insanın həyatı bahasına başa gələn su üsyanını xatırlayın. Təcrübə göstərib ki, azərbaycanlılar təmkinli olduqları qədər də üsyankardırlar”,- Leyla.M adlı sosial media istifadəçisi yazıb.

Avqustun 6-ı gecə baş tutan etiraz aksiyasından sonra yüzlərlə belə paylaşımlar edilib.  Hakimiyyətə və onun yerli nümayəndələrinə xəbərdarlıq edilərək onları vətəndaşları küçələrə axışmağa məcbur etməməyə çağırılıblar.

Su qıtlığının  və etiraz aksiyalarının davam etdiyi bir  vaxtda İran Su və Kanalizasiya Şirkətinin başçısı Ətabək Cəfəri Təbrizə gəlib.

O, Regional Su Şirkətinin rəhbəri Yusif Qafarzadə və Şərqi Azərbaycan Su və Kanalizasiya İdarəsinin məsulu Məhəmməd Xani ilə birlikdə Təbrizin əsas su təminatçısı olan Nəhənd su anbarına baş çəkib.

Onlar problemin həlli ilə bağl tədbirlər görmək əvəzinə, suyun kəsilməsinin  Nəhənd su anbarında  ehtiyatın tükənməsi və təbrizlilərin son günlər sudan daha çox istifadə etməsi ilə əlaqələndiriblər. Onlar vətəndaşları günahkar çıxarmağa çalışıblar.

Bu, vətəndaşları daha da qəzəbləndirib, onlar sosial mediadakı paylaşımlarında bunu hakimiyyətin təbrizlilərə qarşı laqeyd və hörmətsiz münasibəti kimi dəyərləndiriblər.

Ətabək Cəfərinin Təbrizə səfərindən bir neçə gün öncə Su və kanalizasiya Şirkətinin rəhbəri Məhəmməd Xaninin Təbrizin su probleminin avqustun 4-də həll olunacağı ilə bağlı vədlərinin özünü doğrultmaması da narazılıqların artmasına səbəb olub.

Təbrizlə  eyni vaxtda Şərqi Azərbaycan əyalətinin başqa bölgələrində də oxşar problemlərin yaşandığı barədə mumatlar yayılıb.

Heris bölgəsində 72 saat ərzində yalnız 20 dəqiqə su verildiyi, əhalinin  ehtiyaclarını səyyar su tankerləri vasitəsilə baha qiymətə uzaq bölgələrdən gətirməklə ğdədikləri  bildirilib.

Problemin və narazılıqların genişlənməsi dövlətə bağlı bir sıra media orqanlarının da yazılar  dərc etəsinə və etiraz aksiyalarının genişlənəcəyi ehtimalı ilə bağlı xəbərdarlıq etməsinə  səbəb olub.

Hazırda Şərqi azərbaycan əyalətinin 700 kəndində su çatışmazlığı yaşanır və su qıtlığına görə  360 kənddə sakinlər öz ev-eşiklərini tərk ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button