Azərbaycan

Təbrizdə tələbələrin etiraz aksiyası: “Universitetlər talandı, öyrənci, oyan amandı”

Təbrizin “Pəyam-e Nur” Universitetinin öyrənciləri etiraz aksiyası keçirib. Onlar Universitet rəhbərliyi və Təhsil Nazirliyinin onlara əlavə problemlər yaratdığnı deyiblər.

Narazı tələbələr buraxılış imtahanlarında iştirakla bağlı yeni qaydaların tətbiqinin problemlər yaratdığını deyib. Universitetdə mədəni tədbirlərin keçirilməsinə icazə verilməməsinə etiraz edən tələbələr plakatlar qaldırıblar.

Bununla yanaşı, onlar təhsilin onlayn şəkildə aparıldığı üçün buraxılış imtahanlarının da onlayn keçirilməsini tələb ediblər. Narazılar əllərində “Universitetlər talandı, öyrənci, oyan amandı” məzmunlu türkcə şüarlar yazılmış plakatlar qaldırıblar.

Related Articles

Bir cavab yazın

Back to top button