Azərbaycanİran

Təbrizdə üzərində şüarlar yazılmış plakadlar yapışdırılıb

plakadların üzərində “Azərbaycan fəhlələri=çörəklərini canları bahasına qazanır.” və “Azadlıq, Ədalət, Milli Hökumət” şüarları yazılıb.

Urmu Gölü Azərbaycan xalqının ən önəmli məsələlərindən biridir. Bu problem illərdir ki, xalqımızın gündəmində olan problemdir. İran hökuməti Urmu Gölünü qəsdən qurutmaqla yanaşı milyonlarla insanın canını, bölgənin flora və fauna növlərini məhv olma təhlükəsinə, mülicə olunmaz müxtəlif xəstəliklərə və sair problemlərə məruz qoyub. Üstə gəl bahalıq, inflyasiya, xalqın xüsusilə də fəhlə sinfinin iqtisadi durumu da danılmaz məsələlər və problemlər olaraq pisləşib.

Habelə Güney Azərbaycanın zəhmətkeş fəhlə təbəqəsi fars şovniziminin kolonializm siyasətlərinə məruz qalaraq çoxlu iqtisadi, siyasi və mədəni fəlakətlərə tuş gəlir. Urmu Gölünün İran hökuməti tərəfindən qəsdən qurudulması nəticəsində azərbaycanlı fəhlə təbəqəsinin bu vəziyyət daha da çətinləşə və pisləşəcək.

Bu məsələləri bildirmək istiqamətində Güney Azərbaycanın aktivistlərindən bir qrupu Təbrizin çoxhərəkətli və Eynalı Dağının çox izdihamlı yollarında, o cümlədən Qatarqayalar, İlanuçan yolları, Kəhlik Bulağı və sair  yerlərdə bu duruma etiraz olaraq üzərlərində oyandırıcı və bildirici şüarlar yazılmış plakadlar yapışdırıblar.

Şüarlar “Azərbaycan fəhlələri=çörəklərini canları bahasına qazanır.” və “Azadlıq, Ədalət, Milli Hökumət”-dən ibarət olaraq məqsəd gəzintiyə çıxanların, alpinistlərin və cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini bu problemə çəkmədir.

Related Articles

Bir cavab yazın

Back to top button