Azərbaycanİran

Təbrizdə Xoya dəstək tədbiri keçirilib

Fevralın 28-də Təbrizdə könüllülərdən ibarət yardım və xeyriyyə qruplarının təşəbbüsü ilə "Xoy, arxandayıq" adı altında mərasim keçirilib. Tədbirdə Güney Azərbaycanın tanınmış ziyalıları, sənət adamları iştirak ediblər.

Mərasimdə Xoy bölgəsində baş verən zəlzələdən zərər çəkənlərə yardım məsələləri, könüllülər və xeyriyyəçilərin problemlərin aradan qaldırılması ilə bağlı müzakirələri aparılıb.

Qeyd edək ki, Xoy şəhərində yanvarın 28-i baş verən 5.9 bal gücündə zəlzələdə 13.200 ev xəsarət alıb. Hazırda 130 min nəfər çadır düşərgələrinə yerləşdirilib. Onlara konteyner sığınacaqları ilə bağlı verilən vədlər yerinə yetirilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button