Azərbaycanİran

Təbrizin “22 Bəhmən” kinokompleksinin Siyami zalında rejissor Yaqub Sədiq Camalın hazırladığı, Azərbaycan dilində olan “Malı çox, günü qara” tamaşası nümayiş olunub.

Rejissor Yaqub Sədiq Camal Təbrizdə sənət adamlarının ağır durumundan gileylənib:

“Son nəfəsimizi çəkirik. Sənətimizi ağır durumdan qurtarmaq üçün kimin əlindən bir iş gəlirsə, addım atsın. Bunu özümə görə demirəm, böyük sənət adamlarının ağır vəziyyətini nəzərə alaraq, yardıma çağırıram. Sənət adamları ya köçüblər, ya da köçmək ərəfəsindədirlər”.

Qeyd edək ki, “Malı çox, günü qara” tamaşası Azərbaycan folklor nümunələri əsasında hazırlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button