Azərbaycan

Təbrizin millət vəkili: Azərbaycanda mis şirkətinin qurulmasına icazə verilimir

O, Azərbaycan sərvətlərinin Tehran və Kirmana daşındığını deyib.

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əlirza Monadi Şərqi Azərbaycanda mis şirkətinin qurulmasına icazə verilmədiyini və bölgə sərvətlərinin Tehran və Kirmana daşındığını deyib.

“İranda mis ehtiyatlarının 50%-nın Azərbaycanda olmasına baxmayaraq bizə mis şirkətin qurmağa imkan vermirlər.
təəssüflə yalnız bir şirkət mövcuddur və oda Tehranla Kirmanda yerləşdiyi üçün xeyiri onlar götürür”-deyə, Monadi bildirib.

O. inqilabdan sonra bir sıra siyasi mülahizələr və bəhanələrə görə Azərbaycan iqtisadiyyatına qarşı ögey münasibət göstərildiyini deyib.

“İnqilabdan sonra siyasi bəhanələrlə bizim iqtisadiyyatımızı mərkəzə aparmaq üçün bəhanələr quraşdırdılar. Niyə bizim iqtisadiyyatımız bu gün İsfahanın iqtisadiyyatının dörddə biri olmalıdır?”-deyən, millət vəkili Şərqi Azərbaycan iqtisadiyyatının acınacaqlı durumda olduğunu söyləyib.

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir.

Related Articles

Bir cavab yazın

Back to top button