Azərbaycan

Təbrizin “Traktur Azərbaycan” klubunun tamaşaçıları stadiona buraxılmayacaq

Güney Azərbaycanın "Traktur Azərbaycan" futbol klubunun azarkeşlərinə qadağa qoyulub.

Belə ki, İran Futbol Federasiyasının İnzibati Komitəsinin qərarı ilə növbəti oyunda azarkeşlər stadiona buraxılmayacaq.

Xatırladaq ki, iki gün öncə Təbrizin “imam yadigarı” stadionunda “Traktur” ilə Tehranın “Persopolis” klubu arasında baş tutan qarşılaşma yarımçıq dayandırılmışdı.

İran mətbuatı və paniranist dairələr bunun səbəbini müəyyən iddialarla bağlasalar da, əsas mətləbi-yəni “Persopolis”in oyunçusunun “Traktur”un oyunçusunu bilərəkdən zədələməsini qeyd etmirlər.

Related Articles

Bir cavab yazın

Back to top button